Yuri Vernidub: "10 aydır pis çalışmışam, günah məndədir"
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 9-cu turunda "Turan"la matçda xallar itirən "Neftçi”nin baş məşqçisi Yuri Vernidub oyunu şərh edib.
"Mənə bu gün qazanıb-qazanmadığımızı demək çətindir. "Turan Tovuz" kəskin oynayırdı. Daha sonra bizim müdafiəçimizin səhvi ucbatından azlıqda qaldıq. Lakin bu dəfə azlıqla daha yaxşı oynadıq. Mən bilirdim ki, belə bir komanda ilə azlıqda oynamaq çətin olacaq. Buna görə daha çox müdafiəçilərə üstünlük verdik. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. "Turan Tovuz"un qoldan başqa bir epizodu olmadı. Lakin yenə də, biz 2 xal itirdik. Buna görə tənqid oluna bilərəm, amma mən istəyirəm ki, hər zaman udaq.
Təəssüf ki, mən oyunçularımın beyninə girə bilmirəm. Bizim üstümüzdə heç o qədər pressinq də yox idi. Mən 10 aydır ki, bura gəlmişəm və hər şeyin üstündə çox çalışıram. Amma görünür ki, pis çalışmışam, günah məndədir".
Bu gün düşünürəm ki, bizdə alınmama səbəbi həmişəkindən fərqli olaraq azlıqda oynamağımız idi”.