"Sabah" Danimarkada məğlub oldu

"Sabah" Danimarkada məğlub oldu
Futbol
95
05 Avqust 2026 - 23:04

Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununu keçirib.


Supersport.Az xəbər verir ki, "bayquşlar" Danimarka klubu "Orhus"la qarşılaşıb.


"Orhus" - "Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayıb. Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanması olub.


Danimarka çempionu "Sabah"ı 2:1 hesablı məğlub edib.


Cavab matçı bir həftə sonra Masazırda baş keçiriləcək.


UEFA Çempionlar Liqası


3-cü təsnifat mərhələsi. İlk oyun


20:30 "Orhus" (Danimarka) – "Sabah" (Azərbaycan) 2:1

Qollar: Ceyms Bogere 32, 63 - Veliko Simiç 67


Baş hakim: Rade Obrenoviç

Yan xətt hakimləri: Aleksandr Kaspanoviç, Qreqa Kordej

Dördüncü hakim: Matey Yuq (hamısı Sloveniya)

Danimarka, Randers, "Cepheus Park" stadionu.

Digər xəbərlər