"Qarabağ"a pley-off mərhələsində potensial rəqib

"Qarabağ"a pley-off mərhələsində potensial rəqib
Futbol
76
03 Avqust 2026 - 16:23

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.


Supersport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib. 


Ağdam klubu III raundda Ukraynanın "Dinamo" (Kiyev) komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində "Tvente" (Niderland) – "Dunayska Streda" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.


Bu mərhələdə ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.


Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində "Dinamo" isə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

Digər xəbərlər