Ağasəlim Mircavadov: "Zirə" döyüşmədi, münasib rəqibi keçməliydi" 

Ağasəlim Mircavadov: "Zirə" döyüşmədi, münasib rəqibi keçməliydi" 
Futbol, Eksklüziv
163
03 Avqust 2026 - 15:11

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Supersport.Az-a "Zirə"nin UEFA Konfrans Liqasında çıxışına qiymət verib.


"Zirə" "Torpedo"yla hər iki oyunda yaxşı oynadı, qələbələr qazandı. Lakin növbəti mərhələdə zəif çıxış etdi" deyən təcrübəli mütəxəssis, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın uğursuzluqla üzləşməsininn səbəblərini açıqlayıb.


"Zirə" "Payde" ilə oyunlarda döyüşmədi. Estoniya komandası da mütləq keçilməliydi. "Zirə" ilk matçda səfərdə məğlubiyyətlə barışdı, cavab matçında isə hesabı açsa da, sonadək döyüşmədi, çəkindi, zəif oynadı. "Payde"nin cərimə meydançasında topun futbolçusunun əlinə dəydiyi epizodda hakimin penalti verməməsi qəribədir. 

Estonlar cavab oyununda ağıllı oynadılar, sonadək vuruşdular, vaxtı da apardılar və nəticəsini gördülər".



Digər xəbərlər