Ehtiram Quliyev Aziz Yıldırımla görüşdü

Ehtiram Quliyev Aziz Yıldırımla görüşdü
Futbol, Foto
164
03 Avqust 2026 - 12:19

"Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev "Fənərbağça" klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.


Tərəflər arasında keçirilən müzakirələr zamanı "Turan Tovuz" – "Fənərbağça" yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.


Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.

Digər xəbərlər