"Qəbələ" Sxadadzeni istefaya göndərdi
Futbol
111
31 Avqust 2026 - 21:00
Supersport.Az-ın məlumatına görə, "Qəbələ" baş məşqçi Kaxaber Sxadadzeni istefaya göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Onun köməkçisi Georgi Çixradze ilə də yollar ayrılıb.
Qeyd edək ki, Sxadadze 2024-cü ilin fevral ayından "Qəbələ"ni çalışdırırdı. Komanda hazırda Azərbaycan Premyer Liqasında 3 turdan sonra cəmi 1 xalla 10-cu pillədə qərarlaşıb.