Qurban Qurbanovun qələbə şərhi

Qurban Qurbanovun qələbə şərhi
Futbol
98
31 Avqust 2026 - 22:49

Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında III turun "Sumqayıt" - "Qarabağ" (0:1) oyunundan sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov matç barədə fikirlərini bildirib:


"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Azlıqda qalmağımıza baxmayaraq, oyun nizam-intizamını qoruduq. Topla yaxşı davranan, meydanda maraqlı gedişlər edən komandaya qarşı oynayırdıq. Azarkeşlərimiz hər zaman olduğu kimi, bu gün də bizimlə idilər, komandamızı dəstəkləyirdilər. Buna görə onların hər birinə təşəkkür edirəm. Komandamıza yeni qoşulan futbolçuların bir az zamana ehtiyacları var. Oyundan-oyuna yaxşılaşacaqlar".

Digər xəbərlər