"Kiçik ölkəyik, Azəbaycan favoritdir"
Lixtenşteyn milli komandası UEFA Millətlər Liqası D2 qrupu çərçivəsində sabah Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.
Supersport.Az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Konrad Fünfştük matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
"Üç gün əvvəl Maltayla oynadıq. Azərbaycanla oyunu səbirsizliklə gözləyirik. Yaxşı hazırlaşmışıq. Düşünürəm ki, müsbət nəticə əldə edə biləcəyik. Rəqibin Litva ilə oyununu təhlil etmişik. Onlar cütün favoritidirlər. Lakin hər şeyin necə olacağını görəcəyik. Azərbaycan yığması yarımmüdafiədə və hücumda təhlükəlidir. Zədəli oyunçularımız yoxdur. Bu da bizim üçün çox vacibdir".
Məşqçi deyib ki, rəqib favoritdir:
"Biz 40 min əhalisi olan kiçik ölkəyik. Oyunun favoriti Azərbaycandır. Biz təkcə nəticə haqqında düşünmürük, həm də yaxşı oyun nümayiş etdirmək istəyirik. Azarkeşlərə göstərmək istəyirik ki, biz də pis komanda deyilik".