Rüsvayçılıq: Azərbaycan yığması Lixtenşteynlə bacarmadı - Fotolar

Rüsvayçılıq: Azərbaycan yığması Lixtenşteynlə bacarmadı - Fotolar
Futbol, Foto
171
01 Oktyabr 2026 - 21:55

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D Divizionunda ikinci matçını keçirib.


Supersport.Az xəbər verir ki, 2-ci qrupda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Lixtenşteyn yığmasını qəbul edib. Oyun 0:0 hesabıyla başa çatıb. 


Azərbaycan yığması dünya reytinqində son pillədəki həvəskarlardan ibarət Lixtenşteyni məğlub edə bilməyib, xallar itirib.


Millimiz ilk oyununda Litva ilə səfərdə heç-heçə etmişdi. Lixtenşteyn isə eyni rəqibə evdə 0:2 məğlub olmuşdu.


UEFA Millətlər Liqası. D Divizonu. 3-cü tur


20:00 Azərbaycan - Lixtenşteyn 0:0


Baş hakim: Kristian-Petru Çioxirka

Yan xətt hakimləri: Maksimilian Vays, Mixael Obritsberger

Dördüncü hakim: Şafak Barmaksız

VAR: Manuel Şüttenqruber

AVAR: Alexander Harkam

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Digər xəbərlər