Azərbaycanın futbolçuları hicab qadağasına etiraz etdi - Foto
Azərbaycanın futbolçuları - Musa Qurbanlı, Toral Bayramov, Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev və başqaları məktəbli qızlara qoyulan hicab qadağasına etiraz ediblər.
Onlar bununla bağlı sosial hesablarından (hekayə) paylaşımı ediblər.
Paylaşımlarda hicablı məktəbli qızların görüntüləri ilə yanaşı, "Səssiz qalma!", "Bizi ağladanlar utansın!" kimi ifadələr yer alıb.
Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 21-də dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formasına dair qaydalara dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.
Qərarın qəbulundan sonra bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmamasını əks etdirən videogörüntülər yayılıb.