"Qarabağ" - "Kukesi" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - "Kukesi" oyununa nə qədər bilet satılıb?
Futbol
27 İyul 2018 - 20:05
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qarşılaşacağı "Kukesi"ylə matçın biletləri artıq üç gündür satışdadır. Oyuna 5 min azarkeş bilet alıb.

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərsiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.


Şatış məntəqələri: 

T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)
Heydər Əliyev Sarayının kassası 28 Mall 
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop) 
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) 
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-i saat 21:00-da start götürəcək.

 

Digər xəbərlər