"Olimpiakos"un baş məşqçisi uğurların sirrini açıqladı, "Qarabağ" üzərində qələbədən danışdı

"Olimpiakos"un baş məşqçisi uğurların sirrini açıqladı, "Qarabağ" üzərində qələbədən danışdı
Futbol
1099
31 Yanvar 2025 - 09:09

Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin son turunda "Qarabağ" üzərində 3 qolla qələbə qazanan, Konfrans Liqasının qalibi "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar oyunu şərh edib.


"Qarabağ" üzərində qələbədən tam razı qaldım. Hamımız çox sevinirik. Bizi qarşıda gərgin mübarizələr gözləyir". 


Təcrübəli mütəxəssis sıx qrafik olsa da, komandasının enerjili olmasının, uğur qazanmasının sirrini açıqlayıb.


"Keyfiyyətli, təcrübəli futbolçularımız, geniş heyətimiz var. Bizdə heç vaxt komanda 15 futbolçudan ibarət olmur. Böyük heyət olduğundan gücümüz çox olur".


Avropa Liqasının Liqa mərhələsində ən yaxşı müdafiəyə malik "Olimpiakos"un hücumçusu Əl Kaabi isə bombardirlər siyahısına başçılıq edir. 


"Biz müdafiəyə əsaslanan komanda deyilik, amma yaxşı müdafiə olunuruq. Daim israrlı və təkmilləşən komandayıq. Daha yaxşı olmaq üçün çox çalışırıq və nəticələrdən razıyıq. Bütün komandaya göstərdikləri sevgiyə görə hər kəsə təşəkkür edirik" - deyə, "Olimpiakos"un baş məşqçidi Xose Luis Mendilibar bildirib.


Qeyd edək ki, 63 yaşlı ispan mütəxəssis Xose Luis Mendilibar 2023-də "Sevilya"ya Avropa Liqası, 2024-də "Olimpiakos"a Konfrans Liqası kubokunu qazandırıb.

Digər xəbərlər