AFFA daha çox bu klubları cərimələdi  

AFFA daha çox bu klubları cərimələdi  
Futbol
109
06 Mart 2026 - 14:45

AFFA İntizam Komitəsinin iclası keçirilib.


Supersport.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


27 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);


27 fevral 2026-cı il tarixində Premyer Liqada XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda Sumqayıt komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);


27 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununun 62-ci dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);


28 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);


28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 51.1);


28 fevral 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi” komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);


1 mart 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXII turun “Turan Tovuz” – “İmişli” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1).

Digər xəbərlər