"Qarabağ" Çempionlar Liqasının liderləri sırasında - Foto
Futbol, Foto
504
02 Oktyabr 2025 - 07:23
UEFA Çempionlar Liqasında 2-ci tur yekunlaşıb.
Supersport. Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Bakıda "Kopenhagen"ə (Danimarka) qalib gəlməklə (2:0) xalını 6-ya yüksəldib. Ağdam təmsilçisi bu nəticəylə 36 komandanın yer aldığı turnir cədvəlinin ən üst pillələrinə qalxıb. Qurban Qurbanovun komandası 2-ci turu 6-cı yerdə başa vurub. Azərbaycan təmsilçisi yalnız vurulan və buraxılan topların nisbətinə görə bu mövqedədir. Ötən tur "Qarabağ" 10-cu pillədə yer almışdı.
Qeyd edək ki, 2-ci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb. "Qarabağ" da bu sıradadır. Digər klublar isə 4 və daha az xal toplayıb ki, onların siyahısında nəhəng komandalar da var.