"Qarabağ" - "Neftçi" oyununa biletlər satılacaq

"Qarabağ" - "Neftçi" oyununa biletlər satılacaq
Futbol
617
07 Noyabr 2025 - 08:55

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 11-ci turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununa biletlər bu gün saat 12:00-dan satışa çıxarılacaq. 


🗃 Satış məntəqələri:


📱iTicket.az-da onlayn satış;

 

🎟️ Oyun günü isə iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassası;


Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.


Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.


Digər xəbərlər