"Neftçi"dən 1000-ci oyunda qələbə
Azərbaycan Premyer Liqasında VI tur bu gün başlayıb.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.
"Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. Paytaxt klubu səfərdə 3:0 hesablı qələbə qazanıb. Bu matç "Neftçi"nin tarixində 1000-ci oyun olub.
"Qarabağ" Respublika stadionunda "Şəfa"nı sınağa çəkəcək. Bu oyun saat 19:45-də başlanacaq.
Azərbaycan Premyer Liqası
VI tur
18 sentyabr
17:30 "Qəbələ" – "Neftçi" 0:3
Qollar: Breno 25, Akinyemi 86, Tupta 90+2
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
19:45 "Qarabağ" – "Şəfa"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu