Qara Qarayev də Azərbaycan Kubokunun püşkünü çəkdi - Foto

Qara Qarayev də Azərbaycan Kubokunun püşkünü çəkdi - Foto
Futbol, Foto
128
18 Sentyabr 2026 - 14:25

Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimi keçirilib.


Supersport.Az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.


Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib. 


Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq. 


Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları 7-8 oktyabr tarixində baş tutacaq.


Azərbaycan kuboku


1-ci təsnifat mərhələsi


1. “Marafon” – “Dinamo”


2. “Qaradağ Lökbatan” – “Şəki”


3. “Şirvan” – “Kür-Araz”


4. “Ağdaş” – “Hypers”


5. “Şəmkir” – “Ağstafa Gəncləri”


6. “Difai” – “Zəngəzur”


 


2-ci təsnifat mərhələsi


7. “Şimal” – “Araz-Naxçıvan”


8. 1-ci cütün qalibi – “Zaqatala”


9. “İmişli” – 2-ci cütün qalibi


10. 3-cü cütün qalibi – “Sumqayıt”


11. “Qəbələ” – “Mingəçevir”


12. MOİK – “Şahdağ Qusar”


13. “Xankəndi” – “Gəncəbasar”


14. 4-cü cütün qalibi – “Şamaxı”


15. “Şəfa” – 5-ci cütün qalibi


16. 6-cı cütün qalibi – “Karvan-Yevlax”


17. “Səbail” – “Zirə”


18. “Kəpəz” – “Baku Sportinq”


 


1/8 final


19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi


20. “Sabah” – 9-cu cütün qalibi


21. 10-cu cütün qalibi – “Qarabağ”


22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi


23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi


24. “Neftçi” – 15-ci cütün qalibi


25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi


26. “Turan Tovuz” – 18-ci cütün qalibi

Digər xəbərlər