Qurban Berdıyev: "Allaha təşəkkür edirəm"
Futbol
113
19 Sentyabr 2026 - 20:33
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında "Zirə"ni məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyun haqda fikirlərini bildirib.
"Uşaqlara ilk dəqiqədən son dəqiqəyə kimi göstərdikləri əzmkarlıqlarına görə təşəkkür edirəm. Allaha təşəkkür edirəm ki, komandaya kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdi".