"Turan" - "Fenerbahçe" matçının vaxtı açıqlandı
Futbol
92
21 Sentyabr 2026 - 21:00
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.
Supersport.Az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.
Qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.