"Qarabağ"ın prezidenti Əkbərlə görüşdü
Futbol
517
14 Dekabr 2025 - 21:44
Supersport.Az xəbər verir ki, Ağdam klubunun prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeşimiz Əkbər Zülfüqarovla görüşüb.
"Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşə forma təqdim edib.