Rövşən Nəcəf Elxan Məmmədovun kadrlarını kənarlaşdırır: Sərxan Hacıyevi də...
AFFA-da "təmizləmə əməliyyatı" başlayıb. Qurumda çox sayda ixtisarlar olacağı bildirilir.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA prezidenti Rövşən Nəcəf, keçmiş baş katib, hazırda FİFA rəhbərliyində çalışan Elxan Məmmədovun uzun müddət milli qurumda çalışan, vəzifəsinin öhdəsindən gələ bilməyən kadrlarının kənarlaşdırılmasına qərar verib.
R.Nəcəfin göndəriləcək şəxslər siyahısında icraçı vitse-prezident Sərxan Hacıyevin də olduğu haqda məlumat almışıq.
Qurumun bir il yarımdır baş katibi Cahangir Fərəcullayev fəallığını artırıb. R.Nəcəf S.Hacıyevin səlahiyyətlərini məhdudlaşdıraraq C.Fərəcullayevə üstünlük verir. Yaxın günlərdə Sərxan Hacıyevin AFFA-dan yola salınacağı ehtimal edilir.
Artıq AFFA rəhbərliyinin Emin Cəfərovu Yarışların Təşkili Departamentinin rəhbəri vəzifəsindən, həmçinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində bir neçə işçini çıxardığı bildirilir. Quruma yeni mətbuat katibinin təyinatı gözlənilir.