"Qarabağ" "Tvente"ni məğlub etdi - Foto
Futbol, Foto
114
20 Avqust 2026 - 23:51
Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasında ölkəmizin təmsilçisi "Qarabağ" bu gün "Tvente" ilə pley-off matçı keçirib.
Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. "Qarabağ"lı Kadi Borges fərqlənib.
Niderlanddakı görüşü albaniyalı hakimlər briqadası idarə edib.
Oyuna saat 22:00-da start verilib.
Cavab qarşılaşması bir həftə sonra - avqustun 27-də Bakıda keçiriləcək.
UEFA Konfrans Liqası. Pley-off mərhələsi (ilk oyun)
22:00 "Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan) 0:1
Qol: Kadi Borges 51
Baş hakim: Yucin Caya
Yan xətt hakimləri: Ona Rejdi Avdo və Mario Şazivari
Dördüncü hakim: Emanuela Rusta
VAR: Canluka Aureliano
AVAR: Albert Doda