"Kəpəz" 23 il sonra "Qarabağ"ı məğlub etdi
Futbol, Eksklüziv
291
24 Yanvar 2026 - 19:00
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 17-ci turunun ikinci oyun günündə gözlənilməz nəticə qeydə alınıb.
"Qarabağ" 8694 gündən sonra "Kəpəz"ə məğlub olub. Gəncə klubu 23 illik həsrətə son qoyaraq qalib gəlib.
"Kəpəz"in qollarını Ryonosuke Ohori (24) və Ehtiram Şahverdiyev (55) vurub.