"Qarabağ" UEFA reytinqində ölkəmizə yenə fayda verdi - Foto
Futbol, Eksklüziv, Foto, Reytinq
533
02 Oktyabr 2025 - 07:44
Supersport.Az saytının məlumatına görə, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunun oyununda "Qarabağ"ın Bakıda "Kopenhagen"i məğlub etməsi ölkəmizə fayda verib.
Azərbaycan UEFA reytinqində xalını artırıb. "Qarabağ"ın qələbəsi ölkəmizə 0.500 xal qazandırıb. Azərbaycanın ümumi əmsalı 22.000 xala çatdığından 25-ci yerdə mövqeyi möhkəmlənib və Serbiyanı keçmək şansı artıb.
Azərbaycan bu mövsüm klubların Avropa yarışlarında çıxışına əsasən, daha çox "Qarabağ"ın qazandığı uğurlar hesabına 10-cu pillədə qərarlaşıb. Ölkəmiz Fransa, Niderland və başqa ölkələri geridə qoyub.