"Niyə bu duruma düşdüyümüzü bilmirəm"
Futbol
50
25 Yanvar 2026 - 18:11
"Niyə bu duruma düşdüyümüzü bilmirəm".
Supersport.Az xəbər verir ki, "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç "Turan Tovuz"a məğlub olduqları matç (1:2) barədə fikirlərini bölüşərkən belə deyib.
Mütəxəssis komandanın ilk hissəni çox pis keçirdiyini və rəqibin standart vəziyyətlərdən maksimum yararlandığını etiraf edib:
"Birinci hissəni nəyə görə bu cür zəif oynadığımızı anlaya bilmirik. Bizim hazırladığımız oyun ikinci hissədə gördüyünüz oyun olmalı idi. Sadəcə "Turan Tovuz"un standart vəziyyətlərinə və aut atışlarına reaksiya verə bilmədik. Təcrübəli oyunçularımız olsa da, bu duruma niyə düşdüyümüzü bilmirəm ..."