"Qarabağ"lı Bəhluldan tarixi qol

"Qarabağ"lı Bəhluldan tarixi qol
Futbol
391
23 Yanvar 2026 - 15:03

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə tarixə düşüb. O, Çempionlar Liqasının əsas mərhələlərində qol vuran ilk azərbaycanlı futbolçu olub.


Müdafiəçi buna Liqa mərhələsinin VII turunda imza atıb. Bəhlul “Ayntraxt”la (Frankfurt, Almaniya) qarşılaşmada (3:2) qələbə qolunun müəllifi olub.


Bu, həm “Qarabağ”ın, həm də Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində 15-ci qolu olub. Əvvəlki 14 topu legionerlər vurub.


Mustafazadənin vurduğu top Azərbaycan klublarının Çempionlar Liqasının təsnifat və əsas mərhələlərində ümumilıikdə 150-ci qolu olub.

Digər xəbərlər