"Neftçi" azarkeşlərindən üzr istəyirəm" - Yuri Vernidub

"Neftçi" azarkeşlərindən üzr istəyirəm" - Yuri Vernidub
Futbol
93
15 Fevral 2026 - 19:45

Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 20-ci turunda "Kəpəz"i məğlub edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub qələbəni  şərh edib.


"İlk növbədə qələbə münasibətilə “Neftçi” azarkeşlərini təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstə olduğum üçün orada iştirak edə bilmədim və buna görə də onlardan üzr istəyirəm. Azarkeşlərimiz hər zaman komandanın arxasında olduğu üçün biz belə uğurlu nəticələr əldə edirik. Sambu və Abubakara gəldikdə, bu ön xətt futbolçuları arasında seçim etmək mənə çətindir, amma bu gün hər ikisinin oyunundan razı qaldım. Öz üzərlərində işləməyə bu cür davam etsələr, daha yaxşı oynayacaqlar. Gələn həftə rəsmi matçımız olmadığı üçün ya yoxlama görüşü keçirəcəyik, ya da öz aramızda oynayacağıq. Yəni komandanı tonusda saxlamağa çalışacağıq ki, qələbə qazanmağa davam edək”.

Digər xəbərlər