"Qarabağ" - "Nyukasl" oyununun hakimləri açıqlandı
Futbol
126
16 Fevral 2026 - 17:59
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl" oyununa hakim təyinatları açıqlanıb.
Matçı norveçli hakimlər idarə edəcək.
Referi Espen Eskos olacaq. Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
VAR Rob Diyperinkə, AVAR isə Dennis Hiqlerə həvalə olunub.
Qeyd edək ki, matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Cavab görüşünə isə Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start veriləcək.