"Qarabağ" "Nyukasl"ı qabaqladı

"Qarabağ" "Nyukasl"ı qabaqladı
Futbol
119
16 Fevral 2026 - 11:47

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.


 Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. 17:30-da isə komannın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.


Qonaq komandanın baş məşqçisi Eddi Haunun mətbuat konfransı saat 20:30-da olacaq. "Nyukasl Yunayted"in ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.


Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl Yunayted" görüşünə saat 21:45-də start veriləcək.

Digər xəbərlər