Qurban Qurbanov: "Komandada xarakter olmasa, nəticələr qazanmazdıq"
Futbol
149
07 Aprel 2026 - 12:43
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qarabağ" - "Karvan-Yevlax" oyunundan (7:0) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət əldə etdik. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Hər matçda qələbə qazanmaqla yanaşı, oyun planımızı yaxşılaşdırmaq da bizim üçün vacibdir. Bütün matçlara çox ciddi hazırlaşırıq. Komandada xarakter olmasa, nəticələr qazanmazdıq. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi hər görüşdə qələbə qazanmağa çalışırıq".