Qurban Berdıyev: "Təəssüflər olsun ki, çox vacib xallar itirdik"
Futbol
113
07 Aprel 2026 - 18:19
Supersport.Az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "İmişli" ilə oyunu şərh edib.
"Birinci hissədə çox pis oynadıq. Demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə aktivliyimizi artırdıq. İkinci qol çatmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".