"Turan"a Tovuzda oynamağa icazə verildi
Futbol
103
07 Aprel 2026 - 21:39
Supersport.Az-ın məlumatına görə, Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.
Test oyununun nəticələrinə əsasən "Turan Tovuz" klubunun ev oyunlarının 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.