Valdas Dambrauskas: "Məğlubiyyətdə mənim taktiki səhvlərim oldu" - Video

Valdas Dambrauskas: "Məğlubiyyətdə mənim taktiki  səhvlərim oldu" - Video
Futbol, Video
106
30 Oktyabr 2026 - 21:21

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"a məğlub olan  "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında özünü günahkar hesab edib. 


"Turan Tovuz"u qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı çıxış etdilər və qələbəyə layiq idilər. Bu gün də çox gözəl atmosfer var idi. Qonaq komandanın azarkeşləri çox yaxşı atmosfer yaratmışdılar. Bolqollu oyunun şahidi olduq. İkili mübarizələr gördük. "Turan Tovuz" bu cür atmosferdən qalib ayrıldı. Bu məğlubiyyətdə mənim taktiki bəzi səhvlərim oldu.  Çünki 2:1-dən sonra bəzi hallar oldu ki, artıq səvhlər etdiyimiz göründü. İkinci hissəyə daha yaxşı başladıq, iki qol vurduq. Komandam ikinci hissədə çempionluq xarakteri göstərdik. Birinci hissədə isə rəqibə çox boşluqlar verdik. Onlar da bundan yararlandılar. "Turan Tovuz"a məğlubiyyətin məsuliyyətini mən daşıyıram. Bəzi taktiki planlarımız var idi ki, onlar bu gün işlədiyimiz şəkildə işləmədi".



Digər xəbərlər