Qurban Berdıyev: "Futbolçular özlərini sübut etmək istəyirdilər"

Qurban Berdıyev: "Futbolçular özlərini sübut etmək istəyirdilər"
Futbol
104
30 Oktyabr 2026 - 21:31

Supersport.Az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 10-cu turunun "Sabah"la(3:2) görüşündən sonra mətbuat konfransında qələbəni şərh edib.


"Qələbəyə görə çox sevinirəm. Çox ağır oyun oldu. Axıra yaxın təşəbbüsü əldən verdik. Amma qələbəyə görə şadam.


Əsas məsələ çempiona qarşı yaxşı köklənmək idi. Futbolçular özlərini sübut etmək istəyirdilər. İkincisi, nizam-intizam rol oynadı. Amma təbii ki, son 10 dəqiqəni çıxmaq şərtilə".

Digər xəbərlər