"Qarabağ"la "Neftçi" gerilədi, "Sabah" yerində qaldı
Supersport.Az-ın məlumatına görə, UEFA klubların reytinqində yeniləmə edib.
Avropanın 415 komandası sırasında Azərbaycan təmsilçiləri də var.
Konfrans Liqasında uğursuz çıxış edən "Qarabağ" bir pillə geriləyərək (36.250 xal) 61-cidir.
Çempionlar Liqasının liqa mərhələsində iştirak edən "Sabah" 131-ci (14.000 xal), növbəti rəqibi "Vikinq" üç pillə düşərək 152-ci (11.500 xal) yerdədir.
"Zirə" (7.000 xal) 222-ci, "Neftçi" iki pillə geriləyərək 265-ci (5.500 xal), bir pillə düşən "Araz-Naxçıvan" 299-cu (-1), "Sumqayıt" 300-cü (-1), "Qəbələ" 301-cü (-1) (hər üçü 4.837 xal) pillədədir.
UEFA reytinqində ilk "üçlük"də "Bayern" (130.500 xal), "Arsenal" (130.000 xal) və "Real Madrid" (126.500 xal) yer alıb.
Çempionlar Liqasının ikiqat qalibi PSJ (125.000 xal) 4-cüdür.