Canni İnfantino 6 milyon dollar qazanır, Amerikaya vergi ödədi
FİFA prezidenti Canni İnfantino dünya çempionatıyla bağlı ABŞ-da yaşadığı üç il müddət üçün dövrün vergi öhdəliklərini yerinə yetirib.
Supersport.Az xarici mediaya istinadla xəbər verir ki, İsveçrəli mühasib, İnfantinonun 20 illik dostu Bruno Kyomento bu haqda məlumat verib.
Canni İnfantino ABŞ-a 4 milyon dollar vergi ödəyib.
Amerika mətbuatı bunun FİFA hesabatında yer almadığını qeyd edərək onu tənqid edib.
FİFA-nın hesabatına əsasən, İnfantinonun maaşı ildə 6 milyon dollardır.
İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir, daha əvvəl o, 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FİFA konqresində qurumun prezidenti seçkilərində növbəti dəfə iştirak etmək niyyətində olduğunu açıqlayıb.
UEFA-ya üzv 55 ölkədən 54-ü FİFA prezidentinə qarşıdır. AFFA rəhbərliyi də əvvəlcə Canni İnfantinonun əleyhinə olsa da, sonradan ona dəstək verdi.