"Qarabağ" - "Dinamo" matçının biletləri satışda
🎟️ “Qarabağ” 🆚 "Dinamo" (Kiyev, Ukrayna) oyununun biletləri satışdadır.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” 🆚 “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasının biletləri 6 avqust, saat 12:00-dan etibarən satışa çıxarılıb.
🏟️ Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
🎟️ Standart biletlərin qiymətləri:
5, 10, 15 və 20 AZN
⭐ VIP sektorlar: 50, 75 və 100 AZN
🤩 VVIP sektorlar: 150 AZN
❗️Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlərimiz üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
⚠️ Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
ℹ️ Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
⛔ Saxta biletlərə aldanmayın! Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.