"Qarabağ"ın "Tvente"ylə səfər matçının vaxtı açıqlandı
Futbol
223
14 Avqust 2026 - 08:35
Supersport.Az-ın əldə etdiyi məlumata görə, UEFA Konfrans Liqası pley-off mərhələsində FC "Twente" - "Qarabağ" FK matçının vaxtı məlum olub.
Oyun 20 avqust, Bakı vaxtilə saat 22:00-da Niderlandın Enshede şəhərinin "De Grolsch Veste" stadionunda başlayacaq. Stadion 30 min 205 tamaşaçı tutumuna malikdir.
Cavab matçı bir həftə sonra, 27 avqust Bakıda keçiriləcək.