AFFA belçikalını kənarlaşdırdı, türk Murat Ilgazı gətirdi - Eksklüziv

AFFA belçikalını kənarlaşdırdı, türk Murat Ilgazı gətirdi - Eksklüziv
Futbol, Eksklüziv
155
11 Avqust 2026 - 07:47

Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA VAR (Video Köməkçi Hakim) sistemi üzrə təlimçi və mütəxəssis kimi fəaliyyət göstərən Kristof Dieriki (Christophe Dierick) yola salıb.


AFFA rəhbərliyi bundan əvvəl Hakimlər Komitəsinin sədri olmuş, sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edən belçikalı Frank De Blekeri kənarlaşdırıb. Qurum 3 illik müqavilənin 2 ili bitən kimi Blekeri göndərib. AFFA iki il müddətində Franka 960 min manat verib.


Supersport.Az-a bildirilib ki, AFFA Kristof Dierikin yerinə Türkiyə Hakimlər Komitəsində sədr müavini olmuş Murat Ilgazı gətirib.


68 yaşlı mütəxəssis M.İlqaz indiyə kimi UEFA-nın mötəbər yarışlarında fəaliyyət göstərib. 


Murat İlqaz avqustdan AFFA-nın VAR üzrə təlimçisi və eksperti vəzifəsində çalışır. Qurum hələ ki, Murat İlqazın fəaliyyətə başladığı haqda məlumat yaymayıb. 


M.İlqaz Azərbaycanda hakim və VAR üzrə namizədlərə təlimlər, seminarlar keçəcək, yerli kadrların hazırlanmasında iştirak edəcək.



Digər xəbərlər