"Qarabağ" "Dinamo"nu kənarlaşdırdı

"Qarabağ" "Dinamo"nu kənarlaşdırdı
Futbol
443
13 Avqust 2026 - 22:01

Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin  "Qarabağ" (Ağdam, Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) cavab matçı keçirilib.


İlk oyunda rəqib komanda 1 qolla qalib gəlmişdi.


Bu gün Bakının Respublika stadionunda saat 20:00-da başlanan cavab oyununu İngiltərə hakimləri idarə edib


Baş hakim Stuart Attwelldir.


43 yaşlı referi 18 ildir Premyer Liqa matçlarını idarə edib, 17 ildir FİFA hakimidir.


"Qarabağ" "Dinamo"nu 2:0 məğlub edərək, mərhələ adlayıb.


20:00 "Qarabağ" (Ağdam, Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) 2:0 

Qollar: Cali Muaddib 12, Aleksey Kaşuk 69


Baş hakim Stuart Attwell


Köməkçi hakimlər: Ian Gussin, Nick Greenhall.

Dördüncü hakim: Lewis Smith.

VAR hakimi – Peter Banks.

Yardımçı VAR hakimi – James Bell.

Digər xəbərlər