"Qarabağ"ın oyununa biletlər satışda
Futbol
23
14 Avqust 2026 - 20:36
Premyer Liqanın I turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışdadır.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.
Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışdadır.
Oyun günü isə azarkeşlərimiz biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.