"Neftçi"də yeni müqavilə
Futbol
41
14 Sentyabr 2026 - 22:13
Supersport.Az xəbər verir ki, "Neftçi" ilə futbolçu Emil Səfərov arasındakı müqavilənin müddəti artırılıb. 23 yaşlı yarımmüdafiəçi ilə yeni 2+1 illik müqavilə imzalanıb.
"Qəbələ"nin yetirməsi Emil Səfərov 2 il ərzində "Neftçi"nin heyətində bütün turnirlərdə 50 oyuna 3 qol vurub 5 məhsuldar ötürmə edib. Emil Azərbaycan millisinin üzvüdür.