"Mançester Yunayted"lə oyundakı səhvləri təkrarladıq" - Valdas Dambrauskas
Futbol
88
14 Sentyabr 2026 - 22:03
Supersport.Az xəbər verir ki, premyer liqanın 5-ci turunda "Şəfa"nı 3:0 hesablı məğlub edən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyunu şərh edib.
"Çempionlar Liqasındakı oyundan sonra belə matçlara köklənmək bir qədər çətindir. Amma futbolçularımın yanaşması xoşuma gəldi. Düzdür, bəzi şeyləri bəyənmədim. "Old Trafford"dakı matçdan sonra belə oyunlara köklənmək həqiqətən çətindir. Oyuna yaxşı başladıq. Amma "Şəfa"nın da haqqını vermək lazımdır. Yaxşı mübarizə apardılar. Xoşuma gəlməyən şeylər oldu. "Mançester Yunayted"lə "Old Trafford"dakı səhvləri burada da təkrarladıq".