"Xankəndi" Xankəndiyə qayıdacaq

"Xankəndi" Xankəndiyə qayıdacaq
Futbol
143
23 Sentyabr 2026 - 17:00

"Xankəndi" FK bir ay sonra Xankəndiyə qayıdır.


"Xankəndi" FK bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.


Hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. 


Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.


Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.


Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.


Məlumatı "Xankəndi"nin mətbuat xidməti yayıb.



Digər xəbərlər