"Sabah"ın Çempionlar Liqası oyunlarına vahid biletlər satılır

"Sabah"ın Çempionlar Liqası oyunlarına vahid biletlər satılır
Futbol
35
22 Sentyabr 2026 - 13:00

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.


Supersport.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Bir bilet almaqla “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli”yə qarşı keçirəcəyi oyunların hamısını stadiondan izləmək mümkündür.


Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə edə bilərsiniz.


“Sabah”ın ev oyunlarının təqvimi

2-ci tur, 13 oktyabr 

20:45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. "Sabah" - "Napoli" (İtaliya)

Digər xəbərlər