Mahir Emreli: "Bizi çox önəmli oyun gözləyir"
Futbol
72
26 Sentyabr 2026 - 19:00
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də "Dariaus ir Gireno" stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin hücumçusu Mahir Emreli fikirlərini bölüşüb.
Supersport.Az xəbər verir ki, yığma komandanın forvardı matçdan gözləntilərini belə açıqlayıb:
"Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyun hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq" (AFFA).