Ayxan Abbasov istefa haqda danışdı - Video
Futbol, Video
189
02 Oktyabr 2026 - 14:05
Supersport.Az UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində Bakıda Lixtenşteyn seçməsiylə heç-heçəyə razılaşan Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasovun "AFFA rəhbərliyi sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiniz?" sualına cavabını videogörüntüyə alıb.
"Müqaviləmiz qışa qədərdir. Milli komandaya ən ağır dönəmdə gəldik. Çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onlarla razıyam. Futbolda başqa problemlər var. Vaxt hər şeyi göstərəcək".