"Qarabağ" reytinqdə yerində qaldı, "Sabah"la "Neftçi" gerilədi
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa yarışlarının növbəti turundan sonra klubların reytinqini yeniləyib.
Avropanın 415 komandası sırasında Azərbaycan təmsilçiləri də yer alıb.
Konfrans Liqasında uğursuzluqla barışan "Qarabağ" (36.250 xal) 61-cidir.
Çempionlar Liqasının liqa mərhələsində "Vikinq"ə məğlub olan "Sabah" bir pillə geriləyək 132-cidir (14.000 xal).
"Vikinq" irəliləyərək 139-cu (13.500 xal) yerdədir.
"Zirə" (7.000 xal) 222-ci, "Neftçi" 4 pillə geriləyərək 269-cı (5.500 xal), bir pillə düşən "Araz-Naxçıvan" 299-cu, "Sumqayıt" 300-cü, "Qəbələ" 301-cü (hər üçü 4.837 xal) pillədədir.
UEFA reytinqində ilk "üçlük"də "Bayern" (133.500 xal), "Arsenal" (132.000 xal) və "Real Madrid" (128.500 xal) yer alıb.
Çempionlar Liqasının ikiqat qalibi PSJ (127.000 xal) 4-cüdür.