Samboçu Tuncay Şamil dünya ikincisi oldu - Fotolar
Digər, Foto, Sambo
143
09 Noyabr 2026 - 11:35
Supersport.Az-ın məlumatına görə, Özbəkistan paytaxtı Daşkənddə sambo üzrə 50-ci dünya çempionatı keçirilib.
Çempionatda 101 ölkənin iştirakı rekord olub.
Sambo üzrə ilk dünya çempionatında 1973-cü ildə 11 dövlət təmsil olunub.
Özbəkistanda dünya çempionatında Azərbaycan yığmasının aparıcı idmamçısı Tuncay Şamil (98 kq) gümüş medal qazanıb. Tuncayın finalda rəqibi rusiyalı Anton Konovalov olub.
Qeyd edək ki, Tuncay Şamil Azərbaycanın əməkdar, millinin məşqçisi Sehriman Ağayevin yetirməsidir.