"Qalib gəlmək asan deyildi" - "Barselona"nın baş məşqçisi

"Qalib gəlmək asan deyildi" - "Barselona"nın baş məşqçisi
Futbol
60
09 Noyabr 2026 - 17:09

Supersport.Az xəbər verir ki, İspaniya La Liqasının lideri "Baselona"nın baş məşqçisi Hansi Flik "Metropolitano"da "Atletkco Madrid" üzərində qazanılan qələbəyə münasibət bildirib.


Alman mütəxəssis əvvəl hesabda geri olsalar da, sonradan əzmkarlıq sayəsində qalib gəldiklərini deyib.


"Bizim belə oyunlarda qələbə qazanmaq təcrübəmiz  var. Mən bu komandaya çox inanıram. Burada qalib gəlmək asan deyildi. Hesab 1:1 olanda pressinq vacib idi. İkinci hissədə bu cəhəti yaxşılaşdıraraq, 2 qol vuraraq qalib gəldik. Üç xal qazanmaq möhtəşəmdir, lakin yolumuz uzundur və biz hər gün kubokları düşünərək çalışırıq".


"Barsa" səfərdə "Atletiko"nu 2:1 hesablı məğlub edib.


Xatırladaq ki, noyabrın 25-də Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Barselona" Bakıda "Sabah"ın qonağı olacaq. İspaniya klubu turnir cədvəlində 9 xalla 5-ci, Azərbaycan komandası 3 xalla 31-cidir.
 

Digər xəbərlər